Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilir

post-img

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar bu gün ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri Naxçıvana səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfər Ümummilli Liderin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilir. Konfransa həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarını təmsil edən 250 qonaq qatılıb.

Sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olacaqlar.

Son xəbərlər