“Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

post-img

Mayın 16-da AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans üçün Ulu Öndər Heydər Əliyevin elm, xalq mədəniyyəti sahəsindəki fəaliyyəti haqqında, eləcə də dahi şəxsiyyətin irəli sürdüyü tezislər, tövsiyələr, müdrik kəlamlar əsasında folklorun ayrı-ayrı məsələləri ilə bağlı məruzələr nəzərdə tutulub. Konfransda iştirak etmək istəyənlər məruzələrinin tam mətnini aprelin 1-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Tam mətnlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə aprelin 20-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Məqalələr kitab halında nəşr ediləcək.

Son xəbərlər