Qardaşlıq yardımları davamlıdır

post-img

Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.


Xilasedicilərimiz zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxarıblar.


Nazirliyin mobil səhra hospitalları da zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir. Ötən günlər ərzində 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Son xəbərlər