XİN başçıları zəlzələ bölgəsindəki vəziyyəti müzakirə ediblər

post-img

Dünən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.


Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən qəzetimizə  bildirilib ki, telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələ nəticəsində zərərçəkmiş əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatlar və işlər üzrə son vəziyyət müzakirə edilib.


Nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman olduğu kimi, bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib. O, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, xilasetmə əməliyyatlarının gedişatı barədə ətraflı məlumat verib.


Telefon danışığı zamanı, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər