Türkiyədə baş vermiş güclü zəlzələdə zərərçəkənlərə yardım və təbii fəlakətin fəsadlarının aradan qaldırılması işləri üçün Azərbaycanın “Bir millət, iki dövlət” prinsipindən çıxış edən bütün qurumları qardaş ölkəyə dəstək nümayiş etdirirlər.
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və onun rezidentləri “Ziraat Bank”da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəsmi fonduna ianə ediblər.
YTP-dən AZƏRTAC-a bildirilib ki, bundan başqa, zərər görmüş əraziyə ərzaq yardımı, “Ağ Naftalan yağı”, şəxsi gigiyenik vasitələr, dərman preparatları və digər ləvazimatlar göndərilib.