Paytaxtda qar yağacaq

post-img

Azərbaycanda fevralın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 777 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 4-7° isti, dağlarda gecə 10-15°, gündüz 3-8° şaxta olacağı ehtimal edilir.

Yollar buz bağlayacaq.

Son xəbərlər