Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaşlarla görüşlərin keçirilməsi mühüm yer tutur.
AMB-dən XQ-yə bildirilib ki, növbəti səyyar görüş mayın 13-də Siyəzən rayonunda keçiriləcəkdir. Görüş Qusar, Siyəzən, Şabran, Xaçmaz, Quba inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.
Qeyd edək ki, görüşlə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 vatsap nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

