“Bakı Metropoliteni” Çin bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

post-img

"Bakı Metropoliteni" QSC və Çinin "Exim Bank"ı arasında layihələrin maliyyələşdirilməsi, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

XQ səhmdar cəmiyyətə istinadən xəbər verir ki, bu barədə müzakirələr metronun İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə rəsmi səfəri zamanı aparılıb.

Metropolitendə modernləşdirmə və strateji inkişaf, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Pekin şəhərində bir sıra görüşlər keçirib.

Dünyanın aparıcı siqnalizasiya sistemləri istehsalçılarından olan CRSC (China Railway Signal & Communication) şirkəti ilə keçirilən görüşdə metro xətlərində tətbiq edilən ən son rəqəmsal işarəvermə texnologiyaları, hərəkətin təhlükəsizliyini artıran innovativ həllər və bu istiqamətdə şirkətin uğurla icra etdiyi layihələr müzakirə olunub.

"Bakı Metropoliteni" beynəlxalq təcrübəni tətbiq edərək daha təhlükəsiz, müasir və dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması istiqamətində fəaliyyətini davam etdirir.

İqtisadiyyat