"Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyi Maliyyə Monitorinqi Xidməti (MMX) ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.
XQ Assosiasiyaya istinadən xəbər verir ki, sənədin əsas məqsədi dövlət və özəl sektor arasında tərəfdaşlığı inkişaf etdirmək, müvafiq sahələr üzrə institusional və davamlı birgə fəaliyyət qurmaqdır.
Memorandum çərçivəsində yeni texnologiyalardan istifadə etməklə innovativ yanaşmaların tətbiqi, kibercinayətkarlıqla mübarizə sahəsində operativ və səmərəli məlumat mübadiləsinin təmin olunması nəzərdə tutulur. Tərəflər qarşılıqlı əməkdaşlıq vasitəsilə maliyyə sektorunda şəffaflığın artırılmasına, risklərin azaldılmasına və qabaqlayıcı mexanizmlərin gücləndirilməsinə töhfə verməyi hədəfləyirlər.
Memorandum eyni zamanda bilik və təcrübə mübadiləsinin təşviq olunmasını, birgə təşəbbüs və layihələrin həyata keçirilməsini də əhatə edir.

