Bakı-Ağstafa-Bakı qatarı üzrə əlavə reyslər təyin edilib

post-img

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edib.

XQ bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Xatırladaq ki, yanvarın 5-dən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 % endirim tətbiq olunur.

Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.

İqtisadiyyat