SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse- prezidenti ilə görüşüb

post-img

Yanvarın 8-də SOCAR-ın prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə SOCAR ilə “TotalEnergies” şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti, o cümlədən “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib. 

Tərəflər enerji sahəsində Azərbaycanda və ölkə xaricində mümkün əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.





İqtisadiyyat