Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MOL Group" şirkəti arasında Azərbaycanın Şamaxı–Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb. Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "MOL Group"un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi imzalayıblar.
Layihənin operatoru olan "MOL Group" birgə kəşfiyyat layihəsində 65 faiz, SOCAR isə 35 faiz paya malikdir. Sazişə əsasən, seysmik tədqiqatlar 2026-cı ilin əvvəlində başlanacaq, sonrakı mərhələdə qazma işləri aparılacaq.
Qeyd edək ki, 3 iyun 2025-ci il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR ilə "MOL Group" şirkəti arasında imzalanan Əsas Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıqda mühüm mərhələdir. "MOL Group" şirkəti Azərbaycan bazarına 2020-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 9,57 faiz pay və xam nefti Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9 faiz effektiv pay əldə etməklə daxil olub.
XQ

