2025-ci ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı

post-img

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 116320,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artmışdır. ÜDM istehsalının 34,0 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 11356,4 manata bərabər olmuşdur.

İqtisadiyyat