Ölkəmizdə ilk dəfə olaraq STS sahil kranının istehsalına başlanılıb. Zirə limanında quraşdırılacaq maksimum yükqaldırma qabiliyyəti 90 ton olan bu nəhəng kran müasir yükaşırma infrastrukturunun inkişafında mühüm addımdır. Bu layihə həm əməliyyatlarının səmərəliliyini artırmaq, həm də təhlükəsizliyi ən yüksək səviyyədə təmin etmək üçün nəzərdə tutulub.
Bu münasibətlə keçirilən açılış mərasimində STS kranının ərsəyə gəlməsində rolu olan şəxslər, deputatlar və ictimaiyyət nümayənləri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Zira limanında inşa olunmuş bu kran Xəzər regionunda logistikanın inkişafına yeni nəfəs verəcək və Azərbaycanın adını dünya sənaye xəritəsində daha da yüksəldəcək. Qeyd olunub ki, işləmə müddəti 15 dəqiqə olan STS kranı mövcud kranlardan 4 dəfə daha sürətlidir. Ən önəmlisi isə budur ki, bu qurğu tamamilə Azərbaycanda istehsal olunub.
Xatırladaq ki, Zirə dəniz limanında quraşdırılmış STS kranı tamamilə yerli mühəndislər tərəfindən tamamilə beynəlxalq standartlara uyğun şəkildə layihələndirilib. Yalnız avtomatlaşdırma sisteminin məhsulları Fransanın dünyaca məşhur “Şinayder” elektrik şirkətindən alınaraq ölkəmizə gətirilib. Bu da onu göstərir ki, ölkəmizdə yüksək texnologiyalara əsaslanan sənaye məhsullarının istehsalı mümkündür. Eyni zamanda, beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda açıq və çevik yanaşma mövcuddur.
Dəniz daşımalarında mühüm rol oynayan Zirə limanının logistika və nəqliyyat infrastrukturu da çox güclüdür. Həmçinin, burada çəkilmiş özəl dəmir yol xətti limana inteqrasiya olunub.