“Mənşə sertifikatı”nın üstünlükləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair ixracatçılarla maarifləndirici görüşləri davam etdirir. Həmin görüşlərdə keyfiyyət informasiya sisteminin “Mənşə sertifikatı” alt modulundan istifadənin ixracatçılar üçün yaratdığı üstünlüklərdən bəhs olunur.
Bu silsilədən növbəti görüş Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Xızı və Siyəzən rayonlarından olan sahibkarlar üçün təşkil olunub. İxrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin 30-a yaxın nümayəndəsinin qatıldığı tədbirdə keyfiyyət informasiya sistemində “Mənşə sertifikatı” alt modulunun funksional xüsusiyyətləri və sistemdən istifadə qaydalarına dair məlumat verilib, bu məqsədlə hazırlanmış videotəlimat nümayiş etdirilib.
XQ