Bakıda Milli Biznes Forumunun sessiyası

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Milli Biznes Assosiasiyası və “Caspian Energy Club”ın birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib. Toplantıda qida, yükdaşıma və logistika, tikinti, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Dövlət – özəl sektor əməkdaşlığının gücləndirilməsi, biznes mühitindəki aktual məsələlərin müzakirə edilməsi və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsinin aparıldığı sessiyada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açılış nitqi ilə çıxış ediblər. Forumun dövlət qurumları ilə biznes ictimaiyyəti arasında dialoqu gücləndirərək tənzimləyici strukturlarla qarşılıqlı etimada əsaslanan effektiv əməkdaşlıq mühiti yaratdığı qeyd edilib. Həmçinin ölkədə sağlam və rəqabətli biznes mühitinin formalaşdırılması, keyfiyyət infrastrukturu, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və yeniliklər diqqətə çatdırılıb. Həyata keçirilən tədbirlərin sahibkarlara təqdim etdiyi imkanlar və dövlət-özəl tərəfdaşlığı çərçivəsində qurulan əməkdaşlıq mexanizmləri barədə məlumat verilib, sahibkarlarla birbaşa dialoqun əhəmiyyəti vurğulanıb.

Panel müzakirələri çərçivəsində sahibkarların sualları cavablandırıb, irəli sürülən təkliflərə dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat