Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, cari ilin 5 ayında dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat (həmin dövr üçün nəzərdə tutulan proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çox) olub, xərclərlə əlaqədar 550 mindən çox ödəniş tapşırığı yerinə yetirilib,
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 milyard 843,3 milyon manat (proqnozdan 423 milyon manat və ya 5,7 faiz çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 589,5 milyon manat (proqnozdan 2,5 milyon manat və ya 0,1 faiz çox), Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat (proqnozdan 3,7 milyon manat və ya 25,9 faiz), Dövlət Neft Fondundan transfert isə 6 milyard 33,8 milyon manat (proqnoza qarşı 100 faiz çox) və sair daxilolmalar isə 398,4 milyon manat (proqnozdan 297,2 milyon manat və ya 3,9 dəfə çox) qeydə alınıb.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86,7 milyon manat və ya 25,4 faiz az icra edilib.
Bu ilin 5 ayı üzrə dövlət büdcəsinin xərcləri 14 milyard 195 milyon manat (proqnoza qarşı 13 milyard 691,8 milyon manat, yəni 96,5 faiz) icra edilib.
XQ