İşğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Azərbaycan dövlətinin maliyyə imkanları hesabına bərpa prosesinə ayrılan vəsaitin həcmi isə getdikcə artır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərinə, çoxsaylı infrastruktur layihələrinə, ümumilikdə, 738 milyon 383 min manat investisiya yatırılıb.
Hesabat dövründə işğaldan azad olunmuş ərazilərə ayrılmış vəsaitin 727 milyon 996 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. İlin birinci rübündə Qarabağ iqtisadi rayonu üzrə yatırılan investisiyaların həcmi 316 milyon 950 min manat təşkil edib. Həmin məbləğin 310 milyon 815 min manatı tikinti-quraşdırma işlərinə aid olub.
Cari ilin ilk 3 ayında da Şərqi Zəngəzur iqtisadi rayonuna isə 421 milyon 432 min manat investisiya yatırılıb. Bu məbləğin 417 milyon 180 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.