Son 27 ayda Naxçıvanda 3 min 492 yeni iş yeri açılıb

post-img

2023-cü il yanvarın 1-dən 2025-ci il aprelin 1-nə kimi Naxçıvan Muxtar Respublikasında (MR) 3 min 492 yeni iş yeri yaradılıb.

Bunu Naxçıvan MR Statistika Komitəsinin şöbə müdiri Rəhim Əsgərov açıqlayıb.

O, bildirib ki, bu göstərici 2020–2022-ci illərlə müqayisədə (1217 iş yeri) təqribən 2,9 dəfə artım deməkdir. Qeyd olunub ki, Naxçıvan MR-da son iki ildə açılan yeni iş yerlərinin 1535-i dövlət, 1957-si isə özəl sektorun payına düşür.

Coğrafi bölgü baxımından muxtar respublikada Naxçıvan şəhəri 2 min 892 yeni iş yeri ilə liderlik edir. Ərazi bölgüsü üzrə digər rayonlar isə aşağıdakı kimi sıralanır:

Şərur - 219, Babək - 177, Ordubad - 57, Kəngərli - 46, Culfa - 37, Sədərək - 34, Şahbuz - 30

İqtisadiyyat