Qəbələ də pivə buraxacaq

post-img

Qəbələdə illik istehsal gücü 140 milyon litr olan, beynəlxalq standartlara uyğun texnologiyalarla işləyən yeni pivə və sərinləşdirici içkilər zavodu tikiləcək. Müəssisədə il ərzində 140 milyon litr pivə və sərinləşdirici içkilər istehsalı nəzərdə tutulur.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin məlumatına görə, Gürcüstanın “Georgian Beer Company” şirkəti ilə icra edilən layihə iki ölkə arasında iqtisadi əməkdaşlığı yeni səviyyəyə yüksəldir. Layihənin həyata keçirilməsi ilə Qəbələ və ətraf rayonlarda yüzlərlə yeni iş yerləri yaradılacaq, yerli iqtisadi fəallıq və ixrac üçün yeni imkanlar açılacaq. Yeni müəssisə ölkənin idxaldan asılılığını azaltmağa və bazardakı rəqabət qabiliyyətini gücləndirməyə imkan yaradacq. Burada istehsal ediləcək içkilər daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

 

İqtisadiyyat