Xəzər gəmiçiliyinin “təmiz” layihələri

post-img

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranmış tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Bu məqsədlə əməliyyatlar zamanı zəruri qabaqlayıcı tədbirlər görülür.

ASCO-dan verilən məlumatda bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarının nəticələrinə görə, qurumun istismarında olan gəmilərindən 18,78 kubmetr plastmas, 104,33 kubmetr qida qalığı, 153,91 kubmetr məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 13 kubmetr istismar tullantısı, 79,2 kubmetr neft qalığı-şlam, 737,5 kubmetr döşəməaltı lyal sular, 24 min 89,3 kubmetr məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərdən kənarlaşdırılıb.

İlin ilk rübündə ASCO-nun sahil obyektləri üzrə 3,7 ton yanmış qəlib qumu, 263,54 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 19 min 686 ton məişət çirkab suyu, 265,9 ton neftli döşəməaltı-lyal su, 51,24 ton sürtgü yağı, 1105,19 kubmetr məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 204,21 kubmetr qida qalığı, 84,25 kubmetr polimer əsaslı və plastmas tullantı, 14,75 kubmetr yağlı və neftli tullantı, 30,38 kubmetr rezin tullantı, 85,6 kubmetr istismar tullantı və 0,06 kubmetr tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə, ümumilikdə ,0,16 ton kağız və 0,05 ton plastmas təkrar emala göndərilib.

 

İqtisadiyyat