Sosial ödəmələr artıb

post-img

Bu ilin yanvar–mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 manatdan çox olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 154,4 milyon manatdan çox artıb. Hesabat dövründə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz artaraq 963,5 milyon manatdan çox təşkil edib.

Yanvar-mart aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 52,3 milyon manata çatıb. Birinci rübdə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 14 faiz artaraq 39,5 milyon manata yaxın təşkil edib. 3 ayda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artıb və 260 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 9,7 faiz artaraq 180,9 milyon manata çatıb.

 

İqtisadiyyat