Cari ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 907,1 milyon manat və ya hər nəfərə orta hesabla 1164,2 manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 10 milyard 164,8 milyon manat təşkil edib.