İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, cari il martın 1-nə fəal vergi ödəyicilərinin sayı 0,2 faiz artaraq 808,4 min təşkil edib.
Qeyd edək ki, həmin dövrdə fəal ƏDV ödəyicilərinin sayı isə 2,4 faiz artaraq 54,1 min olub. Həmin tarixə fəal təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artaraq 220,2-yə yüksəlib.