Qeyri-neft ixracı çoxalıb

post-img

2025-ci ilin yanvar–fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 485 milyon dollar təşkil edib. Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayında yer alıb.

Bildirilib ki, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ixracı 12,3 faiz artaraq 153,9 milyon dollara bərabər olub. Nəşrin məlumatına əsasən, hesabat dövründə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47 faiz, alkoqollu və alkoqolsuz içkilər 39,2 faiz, kimya sənayesi məhsulları 30 faiz, çay 21,3 faiz, alüminium və ondan hazırlanan məmulatlar 2,8 faiz artıb.

İlin ilk 2 ayında aqrar məhsulların ixracı 9,5 faiz artaraq 119,7 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 17,7 faiz artaraq 43 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6 faiz artaraq 162,8 milyon dollar təşkil edib.

 

İqtisadiyyat