Bu ilin fevralın 1-nə Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi 1,2 milyard manat təşkil edib. Bu da yanvar ayına nisbətən 6,1 milyon manat və ya 0,5 faiz, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 40,3 milyon manat və ya 3,5 faiz çoxdur.
Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli, ümumilikdə, 29,3 milyard manat təşkil edib. Bu da aylıq müqayisədə 37,1 milyon manat və ya 0,1 faiz, əvvəlki ilin yanvar ayındakı göstərici ilə müqayisədə isə 5 milyard manat və ya 20,4 faiz artım deməkdir.