Elektroenergetika və bərpa olunan enerji standartlaşdırılması üzrə Texniki Komitənin iclası keçirilib

post-img

Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib.

Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimova sədrlik etdiyi Texniki Komitənin 2025-ci il üzrə fəaliyyət planı haqqında danışıb, ötən iki ay ərzində üç standartın təsdiq edildiyini bildirib. Cari iclasda “AZS EN 12102:2024 “Kondisionerlər, mayeli soyutma sistemləri, istilik nasosları, texnoloji soyuducular və elektriklə işləyən kompressorlu nəmləndiricilər - Səs gücü səviyyəsinin təyini - 1-ci hissə: Kondisionerlər, mayeli soyutma sistemləri, yerləşgənin isidilməsi və soyudulması üçün istilik nasosları, nəmləndiricilər və texnoloji soyuducular”, “AZS EN 12900:2024 “Soyuducu kompressorlar - Qiymətləndirmə şərtləri, kənarlaşma hədləri və istehsalçının effektivlik məlumatlarının təqdimatı”, “AZS EN 14511-3:2025 - Yerləşgələrin isidilməsi və soyudulması üçün kondisionerlər, maye soyutma sistemləri və istilik nasosları və elektriklə işləyən kompressorlu texnoloji soyuducular - 3-cü hissə: Sınaq üsulları” və “AZS IEC 62552-1:2025 - Məişət soyuducu avadanlıqları – Xüsusiyyətlər və sınaq üsulları - Hissə 1: Ümumi tələblər” adlı dörd standart layihəsinin müzakirəsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Daha sonra Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri Firuzə Bəhri və Elman Əlixanov təqdimatla çıxış edərək standart layihələrinin təkmilləşdirilməsi prosesi barədə ətraflı məlumat veriblər.

Texniki Komitə üzvlərinin layihələrlə bağlı yekun tövsiyələri dinlənilib, müzakirəyə çıxarılmış 4 standart layihəsinin qısa müddətdə komitə üzvləri tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınaraq qəbul olunması razılaşdırılıb.



İqtisadiyyat