İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2024-cü ildə respublikada dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 37,6 milyon manat (2023-cü illə müqayisədə 20,1 faiz çox) vəsait daxil olub.
Məlumata görə, illk daxilolmaların 7,3 milyon manatı qeyri-yaşayış sahələrinin, 30,3 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib.
Hesabat dövründə 4 min (illik müqayisədə 15 faiz çox) yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrinin 646-sı qeyri-yaşayış sahələrinə, 3 min 453-ü isə torpaq sahələrinə aid olub.