ABŞ Meksika sərhədinə 3000 əsgər, zirehli texnika və helikopter göndərir

post-img

ABŞ-ın müdafiə naziri Pit Heqset “sərhədin bağlanması və Birləşmiş Ştatların ərazi bütövlüyünün qorunması” məqsədi ilə Meksika ilə sərhədə “Stryker” zirehli döyüş maşınlarına malik motoatıcı briqada və vertolyotlu aviasiya bölməsi də daxil olmaqla 3000-ə yaxın əsgər göndərib.

Nəşrin mənbələrinə görə, təxminən 2400 hərbçi “Stryker” döyüş qrupunun tərkibində Meksika ilə sərhədə, daha 550 nəfər isə aviasiya bölməsində göndəriləcək. Hərbçilər 20 tonluq Stryker zirehli döyüş maşınları və helikopterlərlə təchiz ediləcək.

Pentaqonun bəyanatına görə, bu qərar prezident Donald Trampın rəhbərliyi altında sərhədi bağlamaq və ABŞ-ın ərazi bütövlüyünü qorumaq üçün davam edən sərhəd təhlükəsizliyi əməliyyatlarını gücləndirmək və genişləndirmək məqsədi daşıyır”.

Qoşunların yaxın həftələrdə yerləşdirilmə yerinə çatacağı gözlənilir.

S.ELAY

XQ

Dünya