Magistral kəmərlər 3,2 milyon ton neft nəql edib

post-img

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3 milyon 209,5 min ton neft nəql edilib. Bunun da əsas hissəsi Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə nəqletmənin 72,3 faizi Bakı–Tbilisi–Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Ötən ay bu kəmər vasitəsilə 2 milyon 319,1 min ton neft ötürülüb. Ay ərzində BTC kəməri ilə nəql edilmiş neftin 1 milyon 926,5 min tonunu və ya 83,1 faizini Azərbaycanda hasil edilən neft, 392,6 min tonunu və ya 16, 9 faizini isə Türkmənistan və Qazaxıstandan daxil olan neft həcmləri təşkil edib.

 

İqtisadiyyat