Lahorda Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib

post-img

Pakistanın ikinci böyük şəhəri olan Lahorda Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə diplomatlar, dövlət xadimləri və iş adamları iştirak ediblər.

Əyalətin maliyyə naziri Mian Muctaba Şuca-ur-Rəhman bu təşəbbüsün Pakistan və Azərbaycan arasında ikitərəfli ticarət və mədəni əlaqələri gücləndirəcəyini bildirib. O, əyalət hökumətinin işgüzar dostluq siyasətini, o cümlədən ticarəti təşviq etmək və qlobal investisiya imkanlarını açmaq öhdəliyini bir daha təsdiqləyib.

Sənaye artımını asanlaşdırmaq və əyalətdə biznesi genişləndirmək üçün əhəmiyyətli investisiyalar qoyulduğunu söyləyən maliyyə naziri Azərbaycan Ticarət Evinin hər iki ölkədən olan sahibkarlara şəbəkələrini genişləndirməyə, ticarət həcmini artırmağa və uzunmüddətli iqtisadi tərəfdaşlıqlar qurmağa imkan verəcəyini vurğulayıb.

Əyalətin maliyyə naziri azərbaycanlı investorları Pəncabın çiçəklənən bazarını araşdırmağa dəvət edib. O, Pəncabda tekstil, kənd təsərrüfatı, informasiya texnologiyaları və enerji sektorlarında böyük imkanların olduğunu vurğulayıb. Nazir Lahorda Azərbaycan Ticarət Evinin yaradılmasının iki qardaş ölkə arasında ticarət və investisiya əlaqələrini xeyli gücləndirəcəyini söyləyib.



İqtisadiyyat