Kartlarla ödənişlər 79 milyard manata çatıb

post-img

Elektron ticarətin həcmi isə 27 milyard manat artıb

Mərkəzi Bankın məlumatına görə, 2024-cü ildə Azərbaycanda debet və kredit kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 78 milyard 882 milyon manat (əvvəlki illə müqayisədə 60,9 faiz və ya 29,8 milyard manat çox) təşkil edib.

Ötən il kartlar vasitəsi ilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin 66 milyard 515 milyon manatı ( 84,3 faizi) elektron ticarətin payına düşüb ki, bu da 2023-cü illə müqayisədə 69,8 faiz və ya 27,3 milyard manat çoxdur.

Hesabat dövründə sözügedən nağdsız ödənişlərin 12 milyard 274 milyon manatı POS-terminallar, 83 milyon manatı özünə xidmət terminalları, 10 milyon manatı isə bankomatlar vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə debet kartlarının sayı 17 milyon 642 min ədəd, kredit kartlarının sayı isə 2 milyon 256 min ədəd olub.

İqtisadiyyat