Kəlbəcər, Laçın və Ağdərədə 6 SES qurulur

post-img

“AzərEnerji” ASC-dən verilən məlumata görə, qurum Qarabağın azad edilmiş ərazilərində ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası da tikir.

Kəlbəcər rayonunda 7,7 meqavatlıq “Təkəqaya”, 3 meqavatlıq “Ağçay”, 5 meqavatlıq “Çaykənd”, Laçın rayonunda 4 meqavatlıq “Şeylanlı”, 3,1 meqavatlıq “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları qurulur. Bu stansiyaların hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər inşa edilir və stansiyaları su ilə təchiz etmək məqsədilə, ümumilikdə, 40 kilometrlik derivasiya boruları çəkilir.

SES-lərdə, ümumilikdə, il ərzində 110 milyon kilovat-saat “yaşıl” enerji istehsal edilməsi nəzərdə tutulur. Bununla 24 milyon kubmetr qaza qənaət olunacaq, atmosferə atılan 44 min ton karbon qazının qarşısı alınacaq. Stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, 5 stansiyanın – Kəlbəcər rayonundakı “Aşağı Vəng” və “Nadirxanlı”, Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi də başa çatıb.

İqtisadiyyat