Özəl sektorun qarşılaşdığı məsələlər və onların həlli yolları 2025-ci ilin prioritetləri sırasında yer alacaq.
AZƏRTAC xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Su şəbəkəsinə qoşulma” İşçi qrupunun təqdimatında bildirib.
Onun sözlərinə görə, davamlı dəyişikliklər əsas məsələlərdən biridir.
“Buna görə də, özəl sektoru maraqlandıran məqamları diqqətə almaq, onların qarşılaşdığı problemləri dinləmək vacibdir. Bu görüş çərçivəsində həm aparılan islahatların təqdimatı, həm də yeni hədəflərin və prioritetlərin müəyyən edilməsi istiqamətində iş aparılacaq”, - deyə V.Şıxəliyev vurğulayıb.