Bərdə–Ağdam dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 95 faizi, tikintinin isə 94 faizi tamamlanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “XQ”yə verilən məlumata görə, Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və inşasına 2021-ci ildə başlanılıb. Birinci mərhələdə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb.
İkinci mərhələdə isə Ağdam dəmiryol və avtovağzal kompleksində tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bir müddət bundan əvvəl isə Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb.