Ələt – Astara dəmir yolu yenidən qurulur

post-img

Cari ildə Ələt – Astara dəmir yolunun layihələndirilməsi üzrə işlərin aparılması nəzərdə tutulur. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 
Qeyd olunub ki, 2024-cü ildə bu istiqamətdə bir sıra işlər görülüb. İl ərzində Ələt–Astara dəmiryol xətti üzrə elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin konseptual layihələndirmə işləri, eləcə də Qasımlı – Liman mənzilinin 131-ci kilometrliyində yerləşən körpünün tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda test işləri aparılır. Bu istiqamətdə işlər 2025-ci ildə də davam etdiriləcək.
Xatırladaq ki, Prezident İlham ­Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt−Osmanlı−Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Eyni zamanda, bununla bağlı 2026-cı ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişdiricilərin əsaslı təmiri nəzərdə tutulub.

XQ

İqtisadiyyat