Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb

post-img

Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində keçirilmiş 4-cü beynəlxalq Mədənçilik Konfransında ümumi qiyməti 29 milyard dollara yaxın olan 126 müqavilə və anlaşma memorandumu imzalanıb.

AZƏRTAC “əl-Arabiyyə” kanalına istinadla xəbər verir ki, konfransda 90 ölkə, o cümlədən Azərbaycan, eləcə də 50 beynəlxalq və qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində 75 panel iclasında 250-dən çox natiq çıxış edib. Builki konfransda sənayenin gələcəyini dəstəkləyən və onun dayanıqlılığını artıran yenilikçi həllər və baxışlar təqdim edilib, əsas problemlər müzakirə olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

İqtisadiyyat