BMT-nin Azərbaycanda  iqtisadi artım proqnozu

post-img

BMT-nin “2025-ci il üçün dünyada iqtisadi vəziyyət və perspektivlər” hesabatında Azərbaycanda iqtisadi artımın bu il 3 faiz səviyyəsində proqnozlaşdırıldığı bildirilib. Hesabata əsasən, keçən il ölkə iqtisadiyyatında müsbət dinamika müşahidə olunub. 

Hesabatda qeyd edilib ki, Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi və qeyri-neft sektorunun inkişafı sayəsində sürətlənib. Azərbaycan təbii qazına qlobal tələbatın 2025-ci ildə ÜDM artımını dəstəkləyəcəyi proqnozu da   sənəddə yer alıb.

BMT-nin qiymətləndirmələrinə görə, 2024-cü ilin yekunlarına əsasən, respublikamızda ÜDM 2023-cü ildəki 1,1 faiz artımdan sonra 4,6 faiz çoxalıb. İqtisadiyyat Nazirliyində isə ÜDM-in 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində artacağı proqnozlaşdırılıb.  

İqtisadiyyat