Mərkəzi Bankdan XQ-yə verilən məlumata görə, ötən il dekabrın 1-nə maliyyə sektoruna kredit qoyuluşunun həcmi 792 milyon manat (aylıq müqayisədə 5,8 milyon manat, yaxud 0,7 faiz çox) təşkil edib.
Bu göstərici ötən ilin əvvəlinə nisbətən 223 milyon manat (və ya 39,2 faiz), 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 181 milyon manat (və ya 29,6 faiz) çoxdur.