Sənaye zonaları 2,4 milyard manatlıq məhsul satıb

post-img

Sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması dövlət dəstəyi tədbirlərindəndir. Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sahibkarlara 2024-ci il üzrə “Dayaq” mükafatının təqdim edilməsinə həsr olunmuş mərasimdə bildirib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən nazir müavini deyib ki, 2024-cü ilin 9 ayı ərzində sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib. Bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşür. Onun sözlərinə görə, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5 faiz, ixracında isə 26 faiz təşkil edib. “Beləliklə, özəl sektor yaradılmış əlverişli imkanlardan səmərəli yararlanmaqla biznes fəaliyyətini genişləndirir, iqtisadi inkişafda mühüm rol oynayır”, – deyə o əlavə edib.

 

İqtisadiyyat