Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən 11-ci sammiti çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” Memorandum imzalanıb. Bu barədə Qırğızıstan Milli Bankının mətbuat xidməti məlumat yayıb.
Xəbəri “Anadolu” verib.
Memorandumu Qırğızıstan Milli Bankının sədri Melis Turğunbayev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Milli Bankının sədri Timur Suleymenov, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan və Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.
“Mərkəzi (Milli) Banklar Şurasının yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığı gücləndirmək, pul siyasəti, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və s. sahələrdə təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatlar aparmaq məqsədi daşıyır”, - deyə Qırğızıstan Milli Bankının mesajında deyilir.
P.ƏMİRCANOV
XQ