Cari ilin 1 oktyabr tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5005 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 93 min 386 fərdi sahibkar fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 min 875, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2 faizi və 0,5 faizi deməkdir.
İndiyədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə 240 kiçik, 28 orta və 11 iri sahibkarlıq subyekti qeydə alınıb. Ötən ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda 87 min 510, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 min 876 fərdi sahibkar fəaliyyət göstərib.