İstehlakçıların hüquqları necə qorunur?

post-img

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində 5 min 597 müraciət daxil olub.

Xidmətindən aldığımız məlumata görə, müraciətlərin 2 min 868-i qeyri-qida, 2 min 291-i xidmət, 275-i qida, 99-u dərman vasitələri və tibbi avadanlıqlar, 64-ü isə digər məsələlərlə bağlı olub. Bildirilib ki, qurum istehlakçıların hüquqlarının etibarlı müdafiəsini təmin etmək istiqamətində tədbirləri davam etdirir.

İqtisadiyyat