Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin beynəlxalq konfransda iştirak edib

post-img

Oman Sultanlığının Maskat şəhərində təşkil olunmuş “Kibertəhlükəsizlik həftəsi – 2024” çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) 16-cı illik konfransı keçilib. Konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti iştirak edib.

 XRİTDX-nin yaydığı məlumata istinadla xəbər verilir ki, “Kibertəhlükəsizlik – rəqəmsal iqtisadiyyatın hərəkətverici amili kimi” mövzusuna həsr olunmuş tədbir OIC-CERT üzvləri ilə yanaşı bu sahədə fəaliyyət göstərən digər təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi və qlobal kibertəhlükəsizliyinin inkişafı məqsədilə təşkil olunub.

XRİTDX-nin nümayəndəsi Murad Balayev konfransda “Kibertəhlükəsizlik sahəsində meydana çıxan yeni texnologiyalar” mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edib. O, Azərbaycanda kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsi istiqamətində görülən işlər, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətindən, həmçinin süni intellekt əsaslı həllərin kibertəhlükəsizliklə yanaşı kiberhücum aləti olaraq da tətbiq edilməsinə dair real nümunələr və təcrübələrdən bəhs edib.

Tədbirdə 60 ölkədən 600-dən artıq nümayəndə iştirak edib.





İqtisadiyyat