Qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb

post-img

Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar–sentyabr aylarında ölkəmizin qiymətli kağızlar bazarında 38 milyard 166 milyon manatlıq (ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çox) əməliyyat aparılıb. Bu göstəricinin 6 milyard 8 milyon manatlıq hissəsi ilkin bazarda (0,6 faiz az), 32 milyard 158 milyon manatlıq hissəsi isə təkrar bazarda (3 dəfə çox) qeydə alınıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 61 min əqdin (illik müqayisədə 6,3 dəfə çox) 51127-si ilkin bazarda (27,6 dəfə çox), 9913-ü isə təkrar bazarda (26,95 faiz çox) bağlanıb.

9 ayda Azərbaycanın qiymətli kağızlar bazarında aparılan əməliyyatların 5 milyard 269 milyon manatlıq hissəsi və yaxud 13,8 faizi dövlət qiymətli kağızlarının, 2 milyard 816 milyon manatlıq hissəsi və yaxud 7,4 faizi korporativ qiymətli kağızların, 30 milyard 81milyon manatlıq hissəsi və yaxud 78,8 faizi (ötən ilin müvafiq dövrünə nisbətən 14,7 faiz az, 62,4 faiz çox və 3,5 dəfə çox) isə repo əməliyyatlarının payına düşüb.

İqtisadiyyat