Qaz hasilatı bu il 5 faiz artıb

post-img

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin 9 ayında ölkəmizin qaz yataqlarından 25 milyard 976 milyon kubmetr (illik müqayisədə 5,61faiz çox) təbii qaz hasil edilib.

Hesabat hesabat dövründə respublikada istehsal edilən təbii qazın 25 milyard 507 milyon kubmetri (illik müqayisədə 5,52 faiz çox) əmtəəlik məhsulun payına düşüb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın qaz yataqlarından 33 milyard 411 milyon kubmetr təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 6,7 faiz çoxdur. Hesabat dövründə respublikada istehsal edilən təbii qazın 32 milyard 849 milyon kubmetri əmtəəlik məhsulun payına düşüb, bu isə illik müqayisədə 6,9 faiz artım deməkdir.

Hesabat hesabat dövründə ölkədə 3 milyon 950 min ton (illik müqayisədə 5,53 faiz çox) qaz kondensatı hasil edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 9 ayda Azərbaycanda istehsal edilən qaz kondensatının 3 min 945 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6 faiz artım deməkdir.

Xatırladaq ki, 2023-ci ildə Azərbaycanda 5 milyon 216 min ton (illik müqayisədə 3,92 faiz çox) qaz kondensatı hasil edilib.

İqtisadiyyat