“Aztelekom” MMC Abşeron rayonunun Hökməli, Qobu, Yeni Qobu, Yuxarı Güzdək, Atyalı, Aşağı Güzdək, Pirəkəşkül, Çaylı, Qobustan, Masazır, Saray, Ceyranbatan, Novxanı, Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədli qəsəbələrində və Xırdalan şəhərində, həmçinin Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələrində GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.
146 minə yaxın ev təsərrüfatı və biznes subyekti yüksəksürətli və genişzolaqlı internet xidmətləri ilə əhatə edilib. Hazırda 50 mindən çox abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam etdirilir.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Cari ilin 9 ayı ərzində Azərbaycanda 1 milyondan çox ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə ölkədə 2,9 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə çərçivəsində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə edən ev təsərrüfatı və biznes subyektlərinin sayı artaraq 99,1 faizə yüksəlib.