Əsgəranda sement zavodu işə salınıb

post-img

Xocalı rayonunun Əsgəran qəsəbəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin həmtəsisçisi olduğu “Shahbulag Mining” MMC daha bir layihənin icrasına başlayıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, illik istehsal gücü 60 min ton olan “AzCement” zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub: “Zavod işğaldan azad edilmiş ərazilərin infrastrukturunun və sənaye potensialının gücləndirilməsinə, regionun iqtisadi inkişafına töhfə verəcək”.

 

İqtisadiyyat