SOCAR və “Chevron” dekarbonizasiya, hasilat və nəql məsələlərini müzakirə edib

post-img

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.

SOCAR-dan bildirilib ki, görüşdə dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin şirkətlər arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

 





İqtisadiyyat