2024-cü ilin yanvar–avqust ayları ərzində Azərbaycanda 1476,4 kiloqram qızıl və 2061,9 kiloqram gümüş istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artıb, gümüş istehsalı isə 24,1 faiz azalıb.
Bu il sentyabr ayının 1-nə Azərbaycanda gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 593,9 kiloqram və 278 kiloqram təşkil edib.